ABŞ-da alimlər Günəş enerjisini xüsusi maye material vasitəsilə toplamaq və sonradan istilik kimi istifadə etmək imkanı verən yeni texnologiya hazırlayıblar.
Araşdırmaya görə, yeni sistem “yenidən doldurulan Günəş batareyası” prinsipi ilə işləyir. Material Günəş işığını molekullar daxilində saxlayır və lazım olduqda onu enerji şəklində geri buraxa bilir.
Tədqiqatçılar bildirirlər ki, bu texnologiya gələcəkdə alternativ enerji sistemlərində böyük dönüş yarada bilər. Xüsusilə elektrik enerjisinin saxlanması və istilik təminatı sahəsində istifadəsi mümkün hesab olunur.
Layihə üzərində çalışan alimlər texnologiyanın həm ekoloji, həm də iqtisadi baxımdan faydalı ola biləcəyini qeyd ediblər.
Mənbə: ScienceDaily
