Image default
Dünya

Livana hücumlar davam edir, bölgədə gərginlik artır

Bugun.tv xəbər verir ki, İsrailin Livanın cənubuna endirdiyi yeni hava zərbələri nəticəsində bölgədə vəziyyətin daha da gərginləşdiyini yazıb.

Məlumata görə, İsrail ordusunun həyata keçirdiyi hücumlarda azı 31 nəfər həyatını itirib. Hücumların əsasən Livanın cənub bölgələrində həyata keçirildiyi bildirilir. Nəşr qeyd edir ki, hücumlar ABŞ vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq davam edir.

“Al Jazeera”nın yaydığı məlumata əsasən, İsrailin Baş naziri Benjamin Netanyahu Livandakı əməliyyatların genişləndirilməsi ilə bağlı göstəriş verib. Bunun fonunda Livanın cənubundakı yaşayış məntəqələrinə yeni təxliyə çağırışları edilib.

Nəşr yazır ki, bölgədə davam edən qarşıdurmalar humanitar vəziyyəti daha da ağırlaşdırır və minlərlə insanın evlərini tərk etməsinə səbəb olur. Eyni zamanda, Livan rəsmiləri beynəlxalq ictimaiyyəti atəşkəsin qorunması üçün təcili addımlar atmağa çağırıb.

Mənbə: Aljazeera.Com

Aynur Camal

Oxşar xəbərlər

Çin 2030-cu ilədək hər üç avtomobildən birini elektrikli etməyi hədəfləyir

Aynur Camal

Trampın federal komissarları işdən çıxarması ABŞ-da seçki mübahisəsini alovlandırdı

Aynur Camal

İranın yeni Ali Rəhbərinin görünməməsi İslam Respublikasının yükünə çevrilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu