Baş xəbərMaraqlı faktlar

Üzən adalar göllərin təmizlənməsinə kömək edir

Bugun.tv xəbər verir ki, Nepalda çirklənmə ilə mübarizə məqsədilə tətbiq olunan innovativ layihə göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında uğurlu nəticələr verməyə başlayıb.

Məlumata görə, Nepalın Nagdaha gölündə strafor, bambuk və digər yerli materiallardan hazırlanan xüsusi üzən platformalar quraşdırılıb. İlk baxışda dekorativ bağçaları xatırladan bu adalar əslində təbii su təmizləmə sistemi funksiyasını yerinə yetirir.

Layihə hidroloq Soni Pradhanang və The Small Earth Nepal tərəfindən həyata keçirilir.

Mütəxəssislərin sözlərinə görə, platformalarda yetişdirilən bitkilərin kökləri suyun dərinliklərinə doğru uzanaraq göldəki artıq qida maddələrini, ağır metalları və digər çirkləndiriciləri özünə hopdurur. Bunun nəticəsində bitkilər təbii bioloji filtr rolunu oynayaraq suyun keyfiyyətinin yaxşılaşmasına töhfə verir.

Layihənin əsas üstünlüklərindən biri onun aşağı maliyyətli və ekoloji cəhətdən təhlükəsiz olmasıdır. Üzən adaların hazırlanmasında bambuk, strafor, hindqozu lifi və plastik bağlayıcılardan istifadə edilir. Bu materiallar platformaların suyun üzərində sabit qalmasını və bitkilərin inkişaf etməsini təmin edir.

Ekspertlər bildirirlər ki, bu üsul göllərdəki bütün çirklənməni tam aradan qaldırmasa da, ekoloji tarazlığın bərpasına, su canlılarının yaşayış mühitinin yaxşılaşmasına və su hövzələrinin qorunmasına mühüm dəstək verir.

Layihənin uğuru ətraf mühit problemlərinin həllində bahalı sənaye qurğularından başqa, təbiətə əsaslanan sadə və dayanıqlı yanaşmaların da effektiv ola biləcəyini göstərir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Bilirdinizmi? Dünyanın ən böyük canlı orqanizmi bir meşə deyil

Aynur Camal

Aşkar edilən ağac COVID-19-a qarşı yeni ümid yaradıb

Aynur Camal

Vüqar Bayramov: Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu