25 C
Baku
10 Sentyabr 2026, 17:23
DünyaSiyasət

ABŞ ordusu Hörmüz boğazında hərbi gəmisinin vurulması ilə bağlı məlumatları təkzib edib

Bugun.tv xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında ABŞ hərbi gəmisinə uğurlu hücum etməsi barədə yayılan məlumatları təkzib edib.

CENTCOM-un yaydığı açıqlamada bildirilib ki, bəzi İran media orqanlarında ABŞ hərbi gəmisinin vurulması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

“İran media mənbələri iddia edir ki, İran Hörmüz boğazında ABŞ hərbi gəmisinə hücum edib. ABŞ-ın heç bir hərbi gəmisi vurulmayıb”, – deyə açıqlamada qeyd olunub.

Bundan əvvəl İranın Nournews agentliyi Vaşinqtonun son hücumlarına cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hədəflərinə zərbələr endirildiyini bildirmişdi. Məlumata görə, hədəflər arasında Hörmüz boğazında yerləşən ABŞ hərbi gəmiləri də olub.

ABŞ və İran arasında son günlər artan gərginlik fonunda tərəflər qarşılıqlı bəyanatlar verməyə davam edir. Rəsmi Vaşinqton İranın hücumlarla bağlı iddialarını rədd etsə də, bölgədə vəziyyətin gərgin olaraq qaldığı bildirilir.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

NATO: Avropa öz müdafiəsinə daha çox vəsait ayırmalıdır

Aynur Camal

Rusiya yeni sürətli dronlarla Ukraynanın hava hücumundan müdafiəsini çətin vəziyyətə salır

Aynur Camal

Səudiyyəli fotoqraf: “Akademik sertifikatlar insana bədii baxış qazandırmır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu