26 C
Baku
11 Sentyabr 2026, 20:27
Dünya

Fransa İsrail şirkətini Şotlandiya seçkilərinə müdaxilədə ittiham edib

Bugun.tv xəbər verir ki, Fransa hakimiyyəti İsrailin texnologiya şirkəti BlackCore-u Şotlandiyada keçirilən parlament seçkilərinə müdaxilə etməkdə və Şotlandiyanın Baş naziri Con Suinniyə qarşı koordinasiyalı dezinformasiya kampaniyası aparmaqda ittiham edib.

Fransanın xarici rəqəmsal müdaxilələrin monitorinqi ilə məşğul olan Viginum agentliyinin hesabatına görə, BlackCore bu ilin yanvar-may ayları arasında sosial şəbəkələrdə yüzlərlə saxta hesab vasitəsilə Con Suinni, onun rəhbərlik etdiyi Şotlandiya Milli Partiyası (SNP) və Şotlandiya hökumətini hədəf alıb.

Məlumata əsasən, ən azı 256 hesab vasitəsilə 1400-dən çox paylaşım edilib. Onlardan 652-si birbaşa Suinniyə, yüzlərlə paylaşım isə SNP və hökumət strukturlarına yönəlib.

Fransa rəsmiləri bildiriblər ki, BlackCore-un fəaliyyətinə dair texniki sübutlar əldə edilsə də, şirkətin kim tərəfindən maliyyələşdirildiyi və ya sifariş aldığı hələ müəyyən olunmayıb.

Con Suinni məsələni şərh edərək xarici dezinformasiya kampaniyalarının demokratiya üçün ciddi təhlükə yaratdığını bildirib və Böyük Britaniya hökumətini seçkilərə xarici müdaxilələrin qarşısını almaq üçün daha sərt addımlar atmağa çağırıb.

İsrail tərəfi isə Fransa hökumətinin hesabatını gözlədiyini və başqa ölkələrin seçki proseslərinə müdaxilə etmək niyyətində olmadığını açıqlayıb.

Qeyd edək ki, Fransa rəsmiləri BlackCore-un təkcə Şotlandiyada deyil, həmçinin Fransa, ABŞ-ın Nyu-York şəhəri, Anqola və Toqoda da oxşar rəqəmsal təsir əməliyyatlarında iştirak etdiyindən şübhələnirlər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Uşakov: Putin və Trampın Çində görüşü üçün üç liderin də orada olması lazımdır

Aynur Camal

Yunanıstana güllərin içində 84 kiloqram kokain keçirilib

Aynur Camal

Aşağı karbohidratlı qidalanmadan sonra karbohidratı artırmaq immun sisteminə təsir edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu