Maraqlı faktlar

Lada Iskra ilk 8 min kilometrlik sınaqda hansı problemlərlə üzləşdi?

Bugun.tv xəbər verir ki, Rusiyanın “Za Rulyom” jurnalının eksperti Kirill Mileşkin Lada Iskra SW Cross avtomobilinin ilk 8 min kilometrlik istismarı zamanı əldə etdiyi təcrübələri bölüşüb.

Məlumata görə, 106 at gücünə malik mühərrik və variatorla təchiz olunan avtomobildə erkən mərhələdə bir sıra texniki nasazlıqlar müşahidə olunub. Belə ki, yaz aylarının əvvəlində analoq sürətölçən gözlənilmədən işləməyərək sürəti sıfır göstərməyə başlayıb. Bununla belə, rəqəmsal göstərici normal fəaliyyətini davam etdirib və GPS məlumatları ilə müqayisədə cəmi 2-3 km/saat fərqlə işləyib.

Ekspert bildirib ki, nasazlıq sistem xarakteri daşıyıb. Sürətölçən əsasən hava temperaturu +5 dərəcədən yuxarı qalxdıqdan sonra işləməyə başlayıb. O, problemin ilk texniki baxış zamanı zəmanət çərçivəsində aradan qaldırılması üçün rəsmi servisə müraciət edəcəyini qeyd edib.

Avtomobil 700 kilometr yürüşdən sonra daha bir problemlə üzləşib. Mühərrik nasazlığı xəbərdarlıq işığı yanıb. ELM327 adapteri vasitəsilə aparılan diaqnostika nəticəsində əyləc pedalının mövqeyi ilə bağlı xəta aşkar olunub. Xəta silindikdən sonra problem təkrarlanmayıb.

Mileşkin həmçinin yağış və işıq sensorlarının işindən narazı qaldığını bildirib. Onun sözlərinə görə, yağış sensoru suya reaksiya versə də, şüşənin çirklənməsini nəzərə almır. İşıq sensoru isə işıqlandırmanın ümumi səviyyəsinə deyil, dəyişməsinə reaksiya verir və günəşli havada belə kölgəyə düşən kimi faraları yandırır.

Bununla yanaşı, ekspert avtomobilin asqı sistemini, idarəetmə xüsusiyyətlərini və dizaynını müsbət qiymətləndirib.

Qeyd edək ki, Lada Iskra modelinin qiyməti sedan versiyası üçün 17.700 dollardan başlayır və SW Cross-un tam təchizatlı versiyasında $25,600 dollara qədər yüksəlir.

Mənbə: Za Rulyom

Aynur Camal

Oxşar xəbərlər

Kağız kitab oxumaq ekrandan oxumaqdan daha faydalıdır – Araşdırma

Aynur Camal

Tualet kağızını əvəz edən yeni sistem yayılmağa başladı

Aynur Camal

Sakit okeanın dibində 52 günlük araşdırma: Alimlərin yeni nümunələri

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu