Maraqlı faktlar

Kağız kitab oxumaq ekrandan oxumaqdan daha faydalıdır – Araşdırma

Bugun.tv xəbər verir ki, yapon alimlərinin apardığı yeni araşdırma kağız kitab oxumağın məlumatın mənimsənilməsi baxımından planşet və digər elektron cihazlardan daha üstün olduğunu göstərib.

Tədqiqat zamanı 25 tələbə iki qrupa bölünüb. İştirakçılar tarixi məzmunlu mətnin bir hissəsini ya kağız kitabdan, ya da planşetdən oxuyublar. Daha sonra onlar mətnin davamı ilə MRT müayinəsi zamanı tanış olub və süjetlə bağlı sualları cavablandırıblar.

Nəticələrə görə, hər iki qrupun cavablarının düzgünlük səviyyəsi eyni olsa da, ilk hissəni planşetdən oxuyan tələbələrə müxtəlif hissələrdəki məlumatları əlaqələndirmək tələb olunan suallara cavab vermək üçün daha çox vaxt lazım olub.

Maqnit-rezonans tomoqrafiyası nəticələri göstərib ki, kağız kitab oxuyan iştirakçıların beynində dil emalı və hadisələr arasında əlaqələrin qurulmasına cavabdeh olan bölgələr daha az aktiv olub. Alimlər bunu beynin yeni məlumatı anlamaq və yaddaşda əlaqələndirmək üçün daha az enerji sərf etməsi ilə izah edirlər.

Mütəxəssislərin fikrincə, kağız kitabın fiziki xüsusiyyətləri – səhifələrin qalınlığı, mətnin sabit yerləşməsi və oxu prosesinin vizual şəkildə hiss olunması – beyində süjetin məkan xəritəsinin formalaşmasına kömək edir. Bu isə hadisələrin və əlaqələrin daha yaxşı yadda qalmasını təmin edir.

Araşdırma müəllifləri vurğulayırlar ki, rəqəmsal oxu mətnin başa düşülməsini zəiflətmir. Lakin eyni nəticəyə nail olmaq üçün planşet istifadəçiləri daha çox vaxt və zehni resurs sərf etməli olurlar.

Tədqiqatın nəticələri PLOS One elmi jurnalında dərc olunub.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Lada Iskra ilk 8 min kilometrlik sınaqda hansı problemlərlə üzləşdi?

Aynur Camal

Tualet kağızını əvəz edən yeni sistem yayılmağa başladı

Aynur Camal

Sakit okeanın dibində 52 günlük araşdırma: Alimlərin yeni nümunələri

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu