Dünya

Moskva neft emalı zavodu Ukrayna dronlarının hədəfinə çevrildi

Bugun.tv xəbər verir ki, Ukrayna iyunun 18-nə keçən gecə Rusiyanın paytaxtı Moskvaya və ətraf bölgələrə genişmiqyaslı pilotsuz uçuş aparatları ilə hücum təşkil edib. Hücum zamanı paytaxtın cənub-şərqində yerləşən və ölkənin ən iri neft emalı müəssisələrindən biri hesab olunan Moskva Neft Emalı Zavodu zərbə alıb.

Məlumata görə, partlayış nəticəsində yanacaq çənlərindən birinin metal örtüyü havaya sovrulub, zavod ərazisində yanğın baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə hadisə yerindən qalxan qara tüstü sütunları əks olunub.

Rusiya rəsmiləri hücum zamanı yüzlərlə pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bildiriblər. Hadisə səbəbindən Moskvanın bəzi hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumu Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi zərbələrə cavab kimi qiymətləndirib. O, uzunmənzilli əməliyyatların davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, bu, son günlər ərzində Moskva neft emalı zavoduna edilən ikinci hücumdur. Müəssisə Moskva regionunun əsas yanacaq təchizatçılarından biri hesab olunur.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Səhər yeməyini bir fincan qəhvə və ya çayla əvəz etmək olarmı?

Aynur Camal

Braziliyada qurbağaların yoxa çıxmasının 50 illik sirrinə mümkün izah tapılıb

Aynur Camal

ABŞ Myanma ilə sülh danışıqlarını nadir torpaq elementlərinə çıxışla əlaqələndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu