Siyasət

Finlandiya nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsinə yaşıl işıq yandırıb

Bugun.tv xəbər verir ki, Finlandiya parlamenti ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə mane olan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanun dəyişikliyi Finlandiyanın 2023-cü ildə NATO-ya üzv olmasından sonra alyansın çəkindirmə siyasətinə uyğunlaşdırılması məqsədi daşıyır. Yeni qaydalara əsasən, hökumət gələcəkdə zərurət yaranacağı təqdirdə müttəfiq ölkələrin nüvə silahlarının Finlandiya ərazisində yerləşdirilməsinə icazə verə biləcək.

Helsinkidə keçirilən səsvermədə parlament üzvlərinin əksəriyyəti qanun layihəsinin lehinə səs verib. Finlandiya hökuməti bildirib ki, qərar ölkənin təhlükəsizlik mühitində baş verən dəyişikliklərlə əlaqədardır və NATO-nun kollektiv müdafiə prinsiplərinə uyğun addımdır.

Müxalifət nümayəndələrinin bir qismi isə bu qərarın regionda gərginliyi artıra biləcəyini və Finlandiyanın uzun illər davam etdirdiyi nüvə silahlarından uzaq siyasətindən uzaqlaşdığını qeyd edib.

Mənbə: StraitsTimes

Aynur Camal

Oxşar xəbərlər

Rusiya və ASEAN mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirəcək

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-İran memorandumu yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır

Aynur Camal

Neft tankerləri Hörmüz boğazına yönəlməyə başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu