DünyaHadisə

Qaz emalı zavodunda partlayış: 13 nəfər ölüb, 66 nəfər yaralanıb

Bugun.tv xəbər verir ki, Qətərin Ras Laffan sənaye zonasında yerləşən qaz emalı müəssisəsində baş verən güclü partlayış nəticəsində azı 13 nəfər həlak olub, 66 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qətərin energetika məsələləri üzrə dövlət naziri və QatarEnergy şirkətinin baş direktoru Saad bin Şerida Əl-Kaabi bildirib ki, hadisə iyunun 21-də axşam saatlarında Dohanın şimal-şərqində yerləşən sənaye bölgəsində qeydə alınıb. Qətərin mayeləşdirilmiş təbii qaz istehsalı müəssisələrinin böyük hissəsi məhz bu ərazidə yerləşir.

Qətərin Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış texniki qəza nəticəsində baş verib və təhlükəli maddələrin sızması qeydə alınmayıb. Reuters agentliyi isə mənbələrə istinadən hadisənin Barzan qaz emalı zavodunda baş verdiyini yazıb.

Nazirlik daha əvvəl 54 nəfərin yaralandığını və 18 nəfərin itkin düşdüyünü açıqlamışdı. Hazırda axtarış-xilasetmə əməliyyatları Daxili Təhlükəsizlik Qüvvələri və mülki müdafiə bölmələri tərəfindən davam etdirilir.

Saad bin Şerida Əl-Kaabi hadisənin təxribat deyil, qəza olduğunu vurğulayaraq, partlayışın Qətərin təbii qaz ixracına təsir göstərməyəcəyini və ətraf mühit üçün təhlükə yaratmadığını bildirib.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Avstraliya Kanada ilə tarixinin ən böyük müdafiə ixracı müqaviləsini imzalandı

Aynur Camal

Rusiya: Son 24 saatda 1440 Ukrayna hərbçisi zərərsizləşdirildi

Aynur Camal

İsrail yaxın dostu Yunanistan’la da tərs düşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu