Dünya

İsrail yaxın dostu Yunanistan’la da tərs düşdü

Bugun.tv xəbər verir ki, İsrail Fələstin həmkarlar ittifaqlarının dəvəti ilə İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərinə səfər etmək istəyən altı yunan həmkarlar ittifaqı nümayəndəsinin ölkəyə girişinə icazə verməyib.

Məlumata görə, nümayəndə heyəti Təl-Əvivdəki Ben Qurion hava limanında saatlarla sorğu-sual edildikdən sonra İsrailə girişinin qadağan olunduğu bildirilib və onlar ilk reyslə Yunanıstana geri göndəriliblər.

Yunan həmkarlar ittifaqları nümayəndələri bütün zəruri sənədlərinin və icazələrinin qaydasında olduğunu vurğulayaraq, deportasiya qərarını İsrailin beynəlxalq hüquqa zidd addımlarının növbəti nümunəsi kimi qiymətləndiriblər.

Fələstin Ümumi İşçi Həmkarlar İttifaqları Federasiyası isə nümayəndə heyətinin rəsmi dəvətlə gəldiyini və səfərin məqsədinin fələstinli işçi təşkilatları ilə həmrəylik nümayiş etdirmək olduğunu açıqlayıb.

Hadisə Yunanıstanda da narazılıqla qarşılanıb. Müxalifət partiyaları İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib, Yunanıstan Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı narahatlığını ifadə edərək Təl-Əvivin qərarına etirazını bildirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Avqustun 12-də 6 planet bir xəttdə düzüləcək

Aynur Camal

İran Körfəz ölkələrini xəbərdar etdi

Aynur Camal

Alimlər paslanmayan qədim dəmirin sirrini açıqladılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu