Bugun.tv xəbər verir ki, İngiltərədə 1891-ci ildə inşa edilmiş tarixi yel dəyirmanını satın alan ər-arvad cütlüyü iki il davam edən bərpa işlərindən sonra tikiliyə yeni həyat verib.
Cütlük dəyirmanı başdan-ayağa yeniləyərək onun daxilində mətbəx, hamam və iki yataq otağı yaradıb. Tikilinin ən yuxarı hissəsində isə sink örtüklü müasir müşahidə otağı inşa olunub. Bu otaq Suffolk kənd mənzərəsini 360 dərəcə izləməyə imkan verir.
Dəyirmanın dairəvi quruluşuna görə evin demək olar ki, bütün mebelləri və interyer elementləri xüsusi sifarişlə hazırlanıb. Əyri pilləkənlər, dairəvi dolablar və divarların formasına uyğun mebellər tarixi tikilinin özünəməxsus xüsusiyyətlərini qorumaq məqsədilə layihələndirilib.
Bərpa işləri çərçivəsində inşa edilən sink örtüklü müşahidə otağına tətbiq olunan xüsusi dam sistemi milli dam örtüyü mükafatlarına layiq görülüb. Layihə həmçinin memarlıq və turizm sahələrində müxtəlif mükafatlar və nominasiyalar qazanıb.

Mənbə: Ensonhaber
