Yay mövsümündə hovuzlarda hiss olunan güclü xlor qoxusunun sanıldığı kimi təmizliyin göstəricisi olmadığı məlum olub.
Alimlər bildirirlər ki, bu qoxu əslində insan orqanizmindən ayrılan maddələrin xlorla reaksiyası nəticəsində yaranır.
Bugun.tv xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, hovuzlarda hiss olunan kəskin qoxunun əsas səbəbi sidik, tər, kosmetik vasitələr və dəri hüceyrələrinin xlorla birləşərək xloramin adlı kimyəvi maddələr əmələ gətirməsidir.
Araşdırmalara əsasən, hovuz suyunda nə qədər çox çirkləndirici maddə olarsa, xloraminlərin miqdarı da bir o qədər artır. Bu maddələr gözlərdə qıcıqlanma, dəridə quruluq və tənəffüs yollarında narahatlıq yarada bilər.
Mütəxəssislər hovuzdan istifadə etməzdən əvvəl duş qəbul etməyi və şəxsi gigiyena qaydalarına əməl etməyi tövsiyə edirlər.
Onların fikrincə, bu sadə tədbirlər hovuz suyunun keyfiyyətinin qorunmasına və kimyəvi reaksiyaların azalmasına kömək edə bilər.
Mənbə: Science News
