Səma həvəskarları bu gecə nadir astronomik hadisələrdən birini müşahidə etmək imkanı əldə edəcəklər.
İyun Butidləri (June Bootids) meteor yağışının 26-27 iyun gecəsində maksimum aktivliyə çatacağı gözlənilir.
Bugun.tv xəbər verir ki, astronomların məlumatına görə, İyun Butidləri ən qeyri-sabit meteor axınlarından biri hesab olunur. Bəzi illərdə cəmi bir neçə meteor müşahidə edilsə də, müəyyən dövrlərdə saatda onlarla meteorun görünməsi qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, meteor yağışını müşahidə etmək üçün şəhər işıqlarından uzaq ərazilərə getmək daha məqsədəuyğundur. Hava şəraiti əlverişli olarsa, gecə yarısından sonra səmanın şimal-qərb istiqamətində parlaq meteor izlərini görmək mümkün olacaq.
İyun Butidləri hər il Yer kürəsinin 7P/Pons-Winnecke kometinin orbitində qalan toz hissəciklərindən keçməsi nəticəsində yaranır.
Mənbə: World News
