22 C
Baku
26 Sentyabr 2026, 22:15
Dünya

Alimlərdən yeni iddia: Su iki fərqli mayenin qarışığı ola bilər

Alimlər suyun indiyədək düşünüldüyündən daha mürəkkəb quruluşa malik ola biləcəyini müəyyən ediblər. Yeni araşdırma göstərir ki, su eyni anda iki fərqli maye vəziyyətinin qarışığı kimi mövcud ola bilər.

Bugun.tv xəbər verir ki, tədqiqatı aparan alimlər uzun illərdir irəli sürülən, suyun daha sıx və daha az sıx olmaqla iki müxtəlif maye formasında mövcud olduğu barədə fərziyyəni molekulyar səviyyədə təsdiqləməyə nail olduqlarını bildiriblər.

Araşdırma zamanı yüz minlərlə su molekulunun hərəkəti və qarşılıqlı təsiri süni intellektin köməyi ilə təhlil edilib. Alimlərin sözlərinə görə, bu həcmdə məlumatın ənənəvi üsullarla emalı təxminən 10 il çəkə bilərdi, halbuki süni intellekt sayəsində proses bir il yarıma başa çatıb.

Mütəxəssislər qeyd edirlər ki, su digər mayelərdən fərqli xüsusiyyətlər nümayiş etdirir. Məsələn, su 4 dərəcəyədək soyuduqda sıxlığı artır, daha sonra isə genişlənməyə başlayır. Məhz buna görə buz suyun səthində qalır.

Tədqiqatçılar hesab edirlər ki, suyun iki fərqli maye quruluşuna malik olması onun qeyri-adi xüsusiyyətlərini, eləcə də duzların, zülalların və dərman molekullarının sulu mühitdə davranışını daha yaxşı anlamağa kömək edə bilər.

Araşdırmanın nəticələri nüfuzlu Nature Physics jurnalında dərc olunub.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Haaretz: Netanyahu hökuməti İsrailin ABŞ-dakı nüfuzuna zərər vurub

Aynur Camal

Papa XIV Leo: Texnologiya insanın xidmətində olmalıdır

Aynur Camal

Alimlər iki yeni qəribə dəniz hörümçəyi növü aşkarlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu