Baş xəbərMaraqlı faktlar

Dünyanın ən bahalı məktubu 5 milyon dollardan çox qiymətləndirilir – səbəb isə içində yazılanlar deyil

Bugun.tv xəbər verir ki, təxminən 170 il əvvəl yazılmış və “Bordo məktubu” kimi tanınan tarixi məktub bu gün dünyanın ən bahalı məktubu hesab olunur. Onun dəyəri isə məktubun məzmunundan deyil, üzərindəki nadir poçt markalarından qaynaqlanır.

Məktub 4 oktyabr 1848-ci ildə həmin dövrdə Böyük Britaniyanın müstəmləkəsi olan Mavrikinin paytaxtı Port-Luisdə yaşayan şərab taciri Edvard Fransis tərəfindən Fransanın Bordo şəhərindəki biznes tərəfdaşlarına göndərilib.

Məktubun kolleksiyaçılar üçün əsl xəzinəyə çevrilməsinin səbəbi zərfin üzərində yerləşdirilmiş “Mavriki Mavi” və “Mavriki Çəhrayı” adlı iki nadir poçt markasıdır. Bu markalar 1848-ci ildə çap olunub və tarixin ən məşhur filateliya səhvlərindən biri ilə tanınır.

Belə ki, markaların üzərində olması lazım olan “Post Paid” (Poçt haqqı ödənilib) ifadəsi əvəzinə səhvən “Post Office” (Poçt şöbəsi) yazılıb. Səhv aşkar edilənədək cəmi 500 ədəd marka çap edilərək dövriyyəyə buraxılıb. Hazırda isə onların cəmi 27 nümunəsinin qorunub saxlanıldığı bildirilir.

Məktubun məzmunu isə olduqca sadədir. Edvard Fransis Bordodakı tərəfdaşlarına göndərdiyi yazıda 48 çəllək şərabın çatdırıldığını və onların təxminən üçdə birinin artıq satıldığını qeyd edir.

“Bordo məktubu” sonuncu dəfə 1993-cü ildə hərracda satışa çıxarılıb. Hazırda onun dəyərinin 5 milyon ABŞ dollarından çox olduğu bildirilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Yazgül Abdiyeva: Yeni dərs vəsaiti oftalmologiya sahəsində mütəxəssislər üçün faydalı mənbə olacaq

Aynur Camal

Azərbaycan Polisinin 108 illiyi qeyd olundu

Aynur Camal

Dünyanın ən hündür lifti cəmi 88 saniyəyə zirvəyə çatdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu