Maraqlı faktlar

ABŞ-da kitabxanadan 132 il əvvəl götürülmüş jurnal geri qaytarıldı

Bugun.tv xəbər verir ki, ABŞ-ın Massaçusets ştatında yerləşən ictimai kitabxanadan 1894-cü ildə götürülmüş jurnal 132 ildən sonra geri qaytarılıb.

Anadolu Agentliyinin məlumatına görə, “The Century Illustrated” adlı aylıq jurnal 1894-cü ilin sentyabrında kitabxanadan götürülüb. Nəşrin geri qaytarılması kitabxananın gecikdirilmiş kitablara görə cərimələri ləğv etməsindən sonra baş verib.

Mövcud qaydalara əsasən, jurnalın 48 min 220 gün gecikdirilməsinə görə 12 min 55 dollar cərimə hesablanmalı idi. Lakin gecikmə cərimələrinin dayandırılması nəşrin bu məbləğ ödənilmədən geri qaytarılmasına imkan verib.

1881–1930-cu illərdə ABŞ-da nəşr olunan “The Century Illustrated” jurnalı ədəbiyyat, tarix, aktual hadisələr və yüksək keyfiyyətli illüstrasiyalarla tanınıb.

Nəşrin bu qədər uzun müddətdən sonra kitabxanaya qaytarılması qeyri-adi hadisə kimi diqqət çəkib.

Mənbə:  World News

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da gündəlik həyatı çətinləşdirən əşyaların satıldığı mağaza açıldı

Aynur Camal

78 yaşlı qadın Fortnite yayımları ilə Ginnesin rekordlar kitabına düşdü

Aynur Camal

Popkorn niyə çölə doğru açılır? Səbəbi təzyiq və buxardır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu