Sosial

Quba bazarında tez yetişən qarpızlar alıcıları tərəddüddə qoyur

yay meyvələri

Bugun.tv xəbər verir ki, yay mövsümünün gəlişi ilə Quba bazarında mövsümi meyvə-tərəvəz bolluğu müşahidə olunur. Bazarda diqqəti ən çox cəlb edən məhsullardan biri isə vaxtından əvvəl satışa çıxarılan qarpızlardır.

Əməkdaşımız, müxbir Sevindil Fətəliyev Quba bazarından hazırladığı reportajda alıcı və satıcıların bu məsələyə münasibətini öyrənib.

Alıcıların bir qismi hələlik qarpız almağa tələsmədiklərini bildirir. Onların sözlərinə görə, məhsulun tərkibində kimyəvi qatqıların olması və zəhərlənmə riski narahatlıq yaradır.

Piştaxta arxasında dayanan satıcılar isə məhsullarının təbii və keyfiyyətli olduğunu bildirərək alıcılara tam zəmanət verdiklərini deyirlər.

Beləliklə, bazarda vaxtından əvvəl satışa çıxarılan qarpızlarla bağlı fikirlər müxtəlif olsa da, erkən qarpız mövsümü davam edir. Seçim isə hər zamankı kimi alıcının ixtiyarındadır.

Sevindil Fətəliyev Bugün.Tv Quba

Bugün TV

Oxşar xəbərlər

Alimlər hovuzlardakı kəskin xlor qoxusunun əsl səbəbini açıqladı

Aynur Camal

Hər söhbəti poza biləcək 10 mövzu açıqlandı

Aynur Camal

Özünüməşğullar niyə muzdlu işə qayıtmaq istəmirlər? Ekspertlər səbəbləri açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu