Image default
Dünya

Fələstin dövlətinin rəsmi tanınması prosesi sürətləndirildi

Belçika Fələstin dövlətinin rəsmi tanınması istiqamətində prosesi sürətləndirir. Ölkənin xarici işlər naziri Maksim Prevo bu qərarın hazırlanması üçün nazirlikdə müvafiq qurumlara göstəriş verdiyini açıqlayıb.

Nazir bildirib ki, HƏMAS-ın Qəzza zolağında idarəetmə funksiyalarından geri çəkilməsi ilə Fələstinin tanınması məsələsi yenidən gündəmə gəlib. Onun sözlərinə görə, sənədin iyulun 10-da keçiriləcək Nazirlər Kabinetinin iclasına çıxarılıb-çıxarılmayacağı hələ dəqiq olmasa da, məsələ yaxın vaxtlarda hökumətin gündəliyinə daxil ediləcək.

Belçikanın Baş naziri Bart De Vever ötən il BMT Baş Assambleyasında ölkəsinin Fələstin dövlətini tanıyacağını bəyan etmişdi. Lakin bunun üçün bütün girovların azad edilməsi və HƏMAS-ın idarəçilikdən uzaqlaşdırılması kimi şərtlər irəli sürülmüşdü.

Belçika Xarici İşlər Nazirliyinin sözçüsü Laurens Soenen isə bildirib ki, Fələstinin siyasi tanınması barədə qərar artıq qəbul olunub. Hazırda yalnız rəsmi hüquqi və inzibati prosedurlar tamamlanmalıdır. Bunun üçün zəruri kral fərmanının hazırlanmasına başlanılıb və sənəd hazır olduqdan sonra federal hökumətin təsdiqinə təqdim ediləcək.

Koalisiya hökumətində Fələstin məsələsinə münasibətdə fərqli mövqelər mövcuddur. Bəzi partiyalar Fələstinin dərhal tanınmasını və İsrailə qarşı iqtisadi sanksiyaların tətbiqini dəstəkləsə də, digər tərəflər bunun üçün irəli sürülən şərtlərin tam yerinə yetirilmədiyini bildirirlər.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Marin Le Pen 2027-ci il Fransa prezident seçkilərində namizəd olacağını açıqladı

Aynur Camal

Tramp: Putinlə çox yaxşı danışıq apardım, Ukrayna ilə bağlı razılaşma mümkündür

Aynur Camal

Ukraynanın hava hücumundan müdafiəsinə 306 milyon dollar ayrıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu