Image default
DünyaSiyasət

Novak: Yanacaq çatışmazlığının əsas səbəbi PUA hücumlarıdır

Rusiyada yanacaq bazarında yaranan çatışmazlığın əsas səbəbi neft emalı zavodlarına pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumlar olub. Bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Novak Tver vilayətində jurnalistlərə açıqlamasında ölkənin bəzi bölgələrində yanacaq bazarında problemlərin mövcud olduğunu etiraf edib. Onun sözlərinə görə, PUA hücumları nəticəsində bir sıra neft emalı müəssisələri qismən fəaliyyətini dayandırıb və təmirə göndərilib. Bu isə daxili bazarda yanacaq təchizatına mənfi təsir göstərib.

Baş nazirin müavini qeyd edib ki, yaranmış çətinliklərə baxmayaraq, iri neft şirkətləri öz yanacaqdoldurma məntəqələrində qiymətləri inflyasiya səviyyəsindən yuxarı qaldırmayıblar.

Aleksandr Novak bildirib ki, hökumət neft emalı zavodlarının mühafizəsini gücləndirmək, istehsal gücünü bərpa etmək və daxili bazarın tələbatını prioritet saxlamaq üçün tədbirlər həyata keçirir. O vurğulayıb ki, Rusiyanın istehsal potensialı ölkənin yanacaq tələbatını tam ödəməyə imkan verir.

Novak əlavə edib ki, daxili bazarın sabitliyini qorumaq məqsədilə benzin və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyət tətbiq olunub. Hazırda Moskva və Sankt-Peterburq da daxil olmaqla, ölkənin təxminən 40 regionunda yanacaq satışına müəyyən məhdudiyyətlər qüvvədədir.

Mənbə: AnadoluAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

ABŞ və İran arasında gərginlik yenidən artır, Yaxın Şərqdə vəziyyət həssas olaraq qalır

Aynur Camal

Tramp dövrünün memarlıq siyasətinin ilk nümunəsi ABŞ-da müzakirələrə səbəb oldu

Aynur Camal

Ərdoğan NATO liderlərinə xatirə hədiyyəsi olaraq revolver təqdim etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu