DünyaSiyasət

İmperator ailəsi ilə bağlı qanun dəyişikliyi parlamentin aşağı palatasından keçdi

Bugun.tv xəbər verir ki, Yaponiya parlamentinin aşağı palatası olan Nümayəndələr Palatası imperator ailəsinin gələcəyini təmin etməyə yönəlmiş qanun layihəsini qəbul edib.

Qanun layihəsi imperator ailəsinin üzvlərinin sayının azalması problemini aradan qaldırmağı hədəfləyir. Sənədə əsasən, keçmiş yan sülalələrdən ata xətti ilə imperator nəslindən olan 15 yaşdan yuxarı kişilərin imperator ailəsi tərəfindən övladlığa götürülməsinə icazə veriləcək. Eyni zamanda, imperator ailəsinin qadın üzvlərinin evləndikdən sonra da imperator statusunu qoruyub saxlaması nəzərdə tutulur.

Layihədə övladlığa götürülən şəxslərin imperator taxtına çıxmasına icazə verilməsə də, onların kişi nəslindən gələn varislərin gələcəkdə “Xrizantema taxtı” kimi tanınan imperator taxtına iddia edə bilməsi nəzərdə tutulur.

Hazırkı qanunvericiliyə əsasən, yalnız ata xətti ilə imperator nəslindən olan kişilər taxta çıxa bilir. Qadın ailə üzvləri isə evləndikdən sonra imperator ailəsinin statusunu itirirlər. Bu səbəbdən həm taxt varislərinin, həm də imperator ailəsinin üzvlərinin sayı ildən-ilə azalır.

Uzun illərdir müzakirə olunan bu dəyişiklik Yaponiyanın imperator sistemi üçün mühüm islahat addımı kimi qiymətləndirilir. Layihənin qüvvəyə minməsi üçün parlamentin yuxarı palatası olan Müşavirlər Palatasının da iyulun 17-dək sənədi təsdiqləməsi gözlənilir.

Mənbə: AnadoluAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

Trampın sərhəd divarı minilliklər yaşı olan qayaüstü rəsmləri təhlükə qarşısında qoyur

Aynur Camal

ABŞ İrana qarşı “iqtisadi D-Day” elan edir: Yeni sanksiyalar hazırlanır

Aynur Camal

ABŞ-da məktəb hücumlarının qarşısını almaq üçün xüsusi dronlardan istifadə edilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu