Texnologiya

Süni intellekt bumu planşet və noutbukların qiymətini artırır

Bugun.tv xəbər verir ki, süni intellekt (AI) texnologiyalarına qlobal tələbatın sürətlə artması elektronika bazarında qiymətlərin bahalaşmasına səbəb olub. CNN-in məlumatına görə, bu proses xüsusilə planşetlər, noutbuklar, oyun konsolları və digər elektron cihazların istehsal xərclərinə təsir göstərir.

Məlumata əsasən, süni intellekt sistemlərini dəstəkləyən məlumat mərkəzlərinin sayının artması operativ yaddaş (RAM) və digər yaddaş çiplərinə tələbatı rekord səviyyəyə çatdırıb. Dünyanın aparıcı çip istehsalçıları olan Samsung, SK Hynix və Micron həm məlumat mərkəzlərinin, həm də istehlakçı bazarının ehtiyacını eyni vaxtda tam qarşılaya bilmədikləri üçün qlobal təchizatda çətinlik yaranıb.

Ekspertlərin fikrincə, yaranmış vəziyyət Apple, Microsoft, Nintendo və digər texnologiya şirkətlərinin istehsal xərclərini artırır. Bu isə son nəticədə yeni elektron cihazların satış qiymətinin yüksəlməsinə gətirib çıxarır.

“Microsoft”un Xbox bölməsinin baş icraçı direktoru Aşa Şarma hazırkı vəziyyəti son illərin ən ciddi yaddaş çipi çatışmazlığı kimi qiymətləndirib. Analitiklər bildirirlər ki, yeni istehsal müəssisələrinin tikintisi uzun müddət tələb etdiyindən bazardakı gərginliyin ən azı 2028-ci ilə qədər davam edəcəyi gözlənilir.

Mütəxəssislər istehlakçılara yeni cihaz almağa tələsməməyi, rəsmi şəkildə yenilənmiş (refurbished) məhsullara üstünlük verməyi, mövcud cihazların batareyasını dəyişdirməyi və ehtiyac olduqda bulud yaddaşı xidmətlərindən istifadə etməyi tövsiyə edirlər.

Mənbə: kvia.com

Aynur Camal

Oxşar xəbərlər

Artıq təyyarələrin yanında sürücüsüz nəqliyyat vasitələri işləyir

Aynur Camal

Brüssel iri şirkətlərə yeni vergi tətbiqini nəzərdən keçirir

Aynur Camal

Alimlər kosmosda həyat izlərini aşkar etməyə kömək edəcək yeni üsul hazırladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu