Dünya

ABŞ-da PFAS (“əbədi kimyəvi maddələr”) istehsalçılarına qarşı yeni məhkəmə iddiası qaldırıldı

ABŞ-ın Nyu-York ştatı 3M, DuPont və digər şirkətləri ətraf mühiti və içməli su ehtiyatlarını PFAS adlanan, uzun müddət parçalanmayan kimyəvi maddələrlə çirkləndirməkdə ittiham edərək məhkəməyə verib.

Ştat rəhbərliyi bu maddələrin təmizlənməsi xərclərinin istehsalçı şirkətlər tərəfindən ödənilməsini tələb edir.

Bu maddələr yanğına davamlı örtüklər, qab-qacaq, tekstil və sənaye məhsullarında geniş istifadə olunur. Alimlər onların insan orqanizmində uzun müddət qalaraq bəzi xərçəng növləri, hormonal pozuntular və inkişaf problemləri ilə əlaqəli ola biləcəyini bildirirlər. Şirkətlər isə ittihamlarla razı olmadıqlarını və iddiaları məhkəmədə müdafiə edəcəklərini açıqlayıblar.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Kitablara “Süni intellektdən istifadə edilmədən hazırlanıb” etiketi vurulması təklif olunur

Aynur Camal

3 600 illik mumiyaların üzərində qədim pendir qalıqları aşkarlandı

Aynur Camal

Fillər milçəkləri qovmaq üçün budaqlardan istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu