Maraqlı faktlar

Gölləri təmizləyən üzən adalar hazırlandı

Bugun.tv xəbər verir ki, Nepalda alimlər göllərin çirklənməsi ilə mübarizə aparmaq üçün təbiətin özünü əsas götürən yeni üsul hazırlayıblar. Layihə çərçivəsində göllərin səthində üzən süni adalar yaradılır və onların üzərində əkilən su bitkiləri suyun təbii şəkildə təmizlənməsinə kömək edir.

Məlumata görə, üzən platformalar bambuk, strafor və kokos lifindən hazırlanır. Onların üzərinə əkilən bitkilərin kökləri suya uzanaraq göldə toplanan artıq qida maddələrini və çirkləndirici elementləri sorur. Beləliklə, su kimyəvi maddələrdən istifadə olunmadan təmizlənir.

Mütəxəssislər bildirirlər ki, bu sistem yalnız suyun keyfiyyətini yaxşılaşdırmır. Üzən adalar suda oksigen səviyyəsini artırır, balıqlar və digər su canlıları üçün daha əlverişli mühit yaradır. Vaxt keçdikcə platformaların üzərində formalaşan bitki örtüyü quşlar və kiçik canlılar üçün təhlükəsiz sığınacağa çevrilir.

Layihənin üstünlüklərindən biri də onun aşağı maliyyətli və ekoloji cəhətdən təhlükəsiz olmasıdır. Hazırda bu üsul Nepalın müxtəlif göllərində uğurla tətbiq edilir. Alimlər hesab edirlər ki, təbiətin özünü bərpa etmə potensialından istifadə edən bu yanaşma gələcəkdə çirklənmiş su hövzələrinin bərpası üçün nümunə ola bilər.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

16 yaşlı gəncin biznesinin dövriyyəsi 1 milyon ABŞ dollarını ötdü

Aynur Camal

Dişləri səhər yeməyindən əvvəl, yoxsa sonra fırçalamaq lazımdır?

Aynur Camal

104 yaşlı tısbağa əməliyyat olunacaq: Dünyanın hər yerindən ona dəstək mesajları gəlir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu