Image default
İdman

İngiltərədə 5 argentinalı futbolçunun iş icazəsinin ləğvi tələbi ilə kampaniya başladıldı

Bugun.tv xəbər verir ki, İngiltərədə çıxış edən beş argentinalı futbolçunun iş icazəsinin ləğv edilməsi tələbi ilə kampaniyaya start verilib. Buna səbəb 2026-cı il Dünya Kubokunun yarımfinalında İngiltərə üzərində qələbədən sonra argentinalı futbolçuların “Malvin (Folkland) adaları Argentinaya məxsusdur” yazılmış pankart açması olub.

Məlumata görə, pankart İngiltərədə ciddi narazılıq yaradıb. Kampaniyanı başladanlar İngiltərə klublarında çıxış edən Kristian Romero (Tottenhem), Lisandro Martines (Mançester Yunayted), Enso Fernandes (Çelsi), Aleksis Mak Allister (Liverpul) və Valentin Barkonun (Çelsi) ölkədəki iş icazələrinin ləğv edilməsini tələb edirlər.

 

Folkland adaları uzun illərdir Böyük Britaniya ilə Argentina arasında mübahisəli ərazi hesab olunur. Argentina adaları “Malvin adaları” adlandıraraq onları öz ərazisi sayır. Böyük Britaniya isə 1833-cü ildən adalara nəzarət etdiyini və burada yaşayan əhalinin öz müqəddəratını təyinetmə hüququna malik olduğunu bildirir.

İki ölkə arasında bu mübahisə 1982-ci ildə altı həftə davam edən Folkland müharibəsinə səbəb olmuşdu. Müharibə Böyük Britaniyanın qələbəsi ilə başa çatsa da, Argentina adalar üzərindəki iddiasından bu günə qədər imtina etməyib. 2013-cü ildə keçirilən referendumda isə ada sakinlərinin böyük əksəriyyəti Böyük Britaniyanın tərkibində qalmağa səs vermişdi.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Fransa mətbuatı millinin məğlubiyyətini sərt tənqid etdi

Aynur Camal

Dünya Kubokunda dörddəbir finalın bütün iştirakçıları müəyyənləşdi

Aynur Camal

Argentina dramatik qələbə ilə Dünya Kubokunun dörddəbir finalına yüksəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu