Image default
Səhiyyə

Arıqlama preparatları görmə sinirini zədələyirmi?

Bugun.tv xəbər verir ki, ABŞ-də aparılan yeni araşdırma arıqlama və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 qrupuna aid preparatların çox nadir hallarda görmə sinirinin qan təchizatının pozulması ilə əlaqəli ola biləcəyini göstərib.

Rutgers Universitetinin alimlərinin Annals of Internal Medicine jurnalında dərc olunan araşdırmasında 2017–2022-ci illər arasında 18–65 yaşlı diabet xəstələrinin tibbi məlumatları təhlil edilib. Tədqiqatda semaqlutid tərkibli OzempicWegovy, həmçinin tirzepatid preparatlarından istifadə edən şəxslərin göstəriciləri digər dərman qrupları ilə müqayisə olunub.

Nəticələrə əsasən, işemik optik neyropatiya adlanan görmə siniri pozğunluğu bütün qruplarda min nəfərdən birindən də az insanda qeydə alınıb. Bununla belə, GLP-1 preparatları qəbul edənlərdə hər 10 min nəfərə əlavə 3–4 hal müşahidə olunub.

Mütəxəssislər bildirirlər ki, bu xəstəlik görmə sinirinə qan və oksigen axınının qəfil azalması nəticəsində yaranır. Xəstələrdə bir gözdə bulanıq görmə, görüntünün qaralması və ya görmə sahəsinin bir hissəsinin itməsi baş verə bilər. Zədələnmə əksər hallarda qalıcı olur.

Araşdırma müəllifləri vurğulayırlar ki, müəyyən edilən risk çox aşağıdır və bu preparatların diabetə nəzarət, arıqlama, həmçinin ürək və böyrəklərin qorunması baxımından sübut olunmuş faydalarını kölgədə qoymur. Onlar dərmanların həkim məsləhəti olmadan dayandırılmamasını, lakin qəfil görmə zəifləməsi baş verdiyi halda təcili oftalmoloqa müraciət edilməsini tövsiyə edirlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Dietoloq xolesterinə nəzarət üçün gündəlik qoz yeməyi tövsiyə etdi

Aynur Camal

Acı bibərin həddindən artıq istifadəsi qida borusu xərçəngi riskini artıra bilər – yeni araşdırma

Aynur Camal

Həkimlər xəbərdarlıq edir: Asqırığı saxlamaq qulaq və boğaza zərər verə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu