Digər

Araşdırma: Qəhvənin ürəyə faydası dəmlənmə üsulundan asılıdır

Bugun.tv xəbər verir ki, Amerika Ürək Assosiasiyasının (American Heart Association) dərc etdiyi yeni elmi hesabata görə, gündə beş fincana qədər kağız filtrdən keçirilərək dəmlənmiş qəhvə içmək insult, 2-ci tip diabet və ürək çatışmazlığı riskini azalda bilər. Mütəxəssislər bildirirlər ki, qəhvənin ürəyə müsbət təsiri onun hazırlanma üsulundan birbaşa asılıdır.

Araşdırmaya əsasən, müntəzəm və normada qəhvə istehlakı hətta ürək ritm pozğunluğu səbəbindən müalicə alan xəstələrdə də xəstəliyin yenidən yaranma riskini azalda bilər. Bununla yanaşı, qəhvə içmək 2-ci tip diabetin inkişaf ehtimalını da aşağı salır.

Alimlər qeyd edirlər ki, bu faydalar əsasən kağız filtrdən keçirilərək dəmlənən və ya hazır qəhvəyə aiddir. Fransız pressi, espresso və türk qəhvəsi kimi süzülməyən üsullarla hazırlanan qəhvədə olan kafestol maddəsi isə “pis” xolesterinin səviyyəsini artıra bilər. Bu səbəbdən qəhvənin hazırlanma üsulu sağlamlığa təsir baxımından mühüm əhəmiyyət daşıyır.

Hesabatda enerji içkilərinin təbii qəhvə ilə eyni olmadığı da vurğulanır. Tərkibində yüksək miqdarda süni kofein olan enerji içkiləri və kofein həbləri sağlam insanlarda belə qan təzyiqinin qəfil yüksəlməsinə, ürək ritminin pozulmasına, hətta ürəyin dayanmasına səbəb ola bilər.

Mütəxəssislər xatırladırlar ki, hər bir insanın kofeinə həssaslığı fərqlidir. Ürək-damar və ya digər xroniki xəstəlikləri olan şəxslər gündəlik kofein qəbulunun miqdarını həkimlə məsləhətləşərək müəyyən etməlidirlər.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Nizə zərbəsi ilə öldürülmüş neandertalın qalıqları aşkarlandı

Aynur Camal

Hazır qidalar beyində gizli zədələnmə riskinin artması ilə əlaqələndirilib

Aynur Camal

Tramp Kanadanın ABŞ-nin 51-ci ştatı olacağını yenidən iddia etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu