Digər

Merts: Bakıda Rusiya və Almaniya nümayəndələrinin görüşü barədə məlumatım yoxdur

Bugun.tv xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Bakıda Rusiya və Almaniya nümayəndələri arasında qeyri-rəsmi görüş keçirilməsi ilə bağlı məlumatsız olduğunu bildirib.

Prezident İlham Əliyevlə Berlində keçirdiyi danışıqlardan sonra mətbuat konfransında çıxış edən Merts jurnalistlərin bu mövzuda sualını cavablandırarkən, “Buna çox sadə cavab verə bilərəm: belə bir görüş barədə mənə heç nə məlum deyil”, – deyə vurğulayıb.

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirdiyini təsdiqləmişdi. Dövlət başçısı bildirib ki, Azərbaycan tərəfinin bu görüşdən əvvəlcədən xəbəri olmayıb. Onun sözlərinə görə, bu barədə məlumatı The Times qəzetində dərc olunan yazıdan öyrənib və bundan sonra Dövlət Sərhəd Xidmətindən məsələ ilə bağlı məlumat istəyib.

İlham Əliyev qeyd edib ki, iyulun 12-də Berlin–Bakı reysi ilə Almaniyadan iki nümayəndə, o cümlədən Almaniyanın keçmiş kansleri Angela Merkelin administrasiyasının rəhbəri Bakıya gəlib.

Die Welt nəşri isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatlarına istinadən yazıb ki, həmin gün Berlindən Bakıya Brandenburqun keçmiş baş naziri Mattias Platsek və Almaniya Federal Kansler Aparatının sabiq rəhbəri Ronald Pofalla səfər ediblər.

Mənbə: Mail.ru, Die Welt

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu