Image default
Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: İran ABŞ ilə yenidən danışıqlara başlamağa çalışır

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə İranın ABŞ ilə yenidən danışıqlara başlamaq cəhdlərini şərh edib.

Ekspert sosial media hesabında bildirib ki, Pakistan hazırda Vaşinqton və Tehran arasında yenidən vasitəçilik missiyasını həyata keçirir. Onun sözlərinə görə, İranın daxili işlər nazirinin Pakistana səfəri də bu istiqamətdə aparılan diplomatik səylərin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ daha əvvəl İranla memorandum imzalanmasında maraqlı olub və bu sənəddə sanksiyaların yumşaldılması, eləcə də İran iqtisadiyyatının inkişafına yönəlmiş bir sıra güzəştlər nəzərdə tutulurdu. Lakin ekspertin fikrincə, Tehran daha çox güzəşt əldə etmək məqsədilə atəşkəsi pozaraq qarşıdurmanın yenidən başlamasına səbəb olub.

Siyasi ekspert hesab edir ki, hazırkı mərhələdə ABŞ administrasiyası İranla danışıqlarda əvvəlki qədər maraqlı deyil və Vaşinqton hərbi əməliyyatları davam etdirməklə İranın hərbi və iqtisadi potensialını zəiflətməyə çalışır.

Əsədullazadənin sözlərinə görə, ABŞ-ın əsas məqsədi İran iqtisadiyyatına təzyiqi artırmaq, ölkə daxilində siyasi böhranı dərinləşdirmək və Tehranı strateji baxımdan çətin vəziyyətə salmaqdır.

Ekspert əlavə edib ki, tərəflər arasında yeni danışıqlar baş tutacağı təqdirdə, ABŞ Prezidenti Donald Trampın əvvəlki yanaşmadan fərqli olaraq İrana əlavə güzəştlər etməsi gözlənilmir.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Moskva yenidən ABŞ-dan vasitəçilik istəyir

Aynur Camal

Deputat: Azərbaycan–Almaniya Biznes Şurası investisiya və məşğulluq imkanlarını genişləndirəcək

Aynur Camal

İran: ABŞ İrana qarşı ən qabaqcıl silahlarından istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu