Image default
Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: Moskva yenidən ABŞ-dan vasitəçilik istəyir

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən son görüşü şərh edib.

Ekspertin sözlərinə görə, uzun fasilədən sonra baş tutan görüş Ukrayna müharibəsi ilə bağlı yeni danışıqlar üçün zəmin yaratmağa hesablanmışdı. Lakin o hesab edir ki, ABŞ və Rusiyanın əvvəlki formatda yenidən bir araya gəlməsi real görünmür.

Məhəmməd Əsədullazadə bildirib ki, Moskva Ankoric danışıqları formatına qayıtmağı təklif etsə də, Marko Rubio buna etiraz edib. Onun fikrincə, ABŞ Ukrayna-Rusiya müharibəsində vasitəçi deyil, birbaşa tərəfdir və NATO-nun son zirvə görüşündə Vaşinqton Avropa İttifaqı ilə birlikdə Kiyevə dəstəyini davam etdirəcəyini təsdiqləyib.

Siyasi ekspert qeyd edib ki, ABŞ-ın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin istehsalı ilə bağlı lisenziya verməsi fonunda Kremlin yenidən Vaşinqtondan vasitəçilik istəməsi diqqət çəkir. O hesab edir ki, Rusiya Ukraynada strateji çətinliklərlə üzləşdiyi üçün danışıqlar prosesini yenidən aktivləşdirməyə çalışır.

Əsədullazadənin fikrincə, Ukraynanın öz ərazilərini danışıq predmeti etməsi üçün əsas yoxdur. O bildirib ki, hazırkı şəraitdə Kiyev daha üstün mövqedədir və Moskvanın əsas məqsədi ABŞ-ın Ukraynaya dəstəyini zəiflətməkdir.

Ekspert əlavə edib ki, Rusiya yaxın vaxtlarda Kiyevlə birbaşa danışıqlara başlamağa çalışır və bunun üçün nümayəndə heyətinin gələn həftə Ukraynaya göndərilməsi planlaşdırılır.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: İran ABŞ ilə yenidən danışıqlara başlamağa çalışır

Aynur Camal

Deputat: Azərbaycan–Almaniya Biznes Şurası investisiya və məşğulluq imkanlarını genişləndirəcək

Aynur Camal

İran: ABŞ İrana qarşı ən qabaqcıl silahlarından istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu