Maraqlı faktlar

Dünyanın ən bahalı standart otel nömrəsi Dubaydadır

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən Atlantis The Royal otelinin iki mərtəbəli penthaus nömrəsi gecəlik 100 min dollar qiyməti ilə dünyanın ən bahalı standart otel nömrəsi hesab olunur.

Bugun.tv xəbər verir ki, ümumi sahəsi 1 604 kvadratmetr olan lüks nömrə eyni vaxtda 9 böyük və 4 uşağı qəbul edə bilir.

Penthausda dörd yataq otağı, şəhərə panoramik mənzərə açılan qızdırılan şəxsi hovuz, geniş terras, yay mətbəxi, şəxsi kinozal, kitabxana, fərdi lift, qarderob otaqları və 12 nəfərlik yemək zalı yerləşir.

Qonaqlara Hermès, GraffLouis Vuitton kimi məşhur lüks brendlərin məhsulları təqdim olunur. Gecəlik qiymətə şəxsi aşpaz, 24 saat xidmət göstərən eşikağası (butler) və xüsusi mühafizə xidməti də daxildir.

Məlumata görə, bəzi beynəlxalq tədbirlər zamanı digər lüks otellərdə otaq qiymətləri müvəqqəti olaraq bu məbləği keçə bilsə də, Atlantis The Royal bu qiyməti standart tarif kimi ilboyu saxlayan nadir otellərdən biridir. Ekspertlər bunu Dubayda yüksək səviyyəli turizmə olan davamlı tələbatla əlaqələndirirlər.

Dubay, Atlantis The Royal, dünyanın ən bahalı oteli, lüks otel, penthaus, BƏƏ, turizm, 100 min dollar, bahalı otel nömrəsi, lüks səyahət

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Tam günəş tutulması: Otellər iki il əvvəlcədən sifariş edilir

Aynur Camal

Dünyanın ən təhlükəli gölü: İçinə düşən canlıların daşlaşdığı Natron gölü

Aynur Camal

Gündə nə qədər pomidor və xiyar yemək olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu