Dünya

Ukrayna Avropanın yeni raketdən müdafiə sistemi üzərində işləyir

Ukrayna Rusiyanın ballistik raket hücumlarına qarşı müdafiəni gücləndirmək məqsədilə Avropa ölkələri ilə birlikdə yeni raketdən müdafiə sistemi hazırlayır.

Bugun.tv xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, “Freyja” kod adlı Avropa raketdən müdafiə sisteminin ilk prototipinin 2027-ci ilin ortalarınadək hazır olması planlaşdırılır.

Layihəyə Ukrayna ilə yanaşı Almaniya, Fransa, İtaliya, İsveç, İspaniya və digər Avropa ölkələri də dəstək verir. Məqsəd hazırda istifadə olunan ABŞ istehsalı Patriot sistemlərinə daha sərfəli və çevik alternativ yaratmaqdır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası sədrinin müavini Davıd Aloyan bildirib ki, ölkə layihə çərçivəsində buraxılış qurğuları və raketlərin hazırlanmasını öz üzərinə götürəcək. Radar, sensor və hədəfləmə texnologiyalarının isə Avropadakı tərəfdaşlar tərəfindən təmin edilməsi nəzərdə tutulur.

Layihənin istehsal hissəsinə Ukraynanın Fire Point şirkəti rəhbərlik edəcək. Almaniyanın Hensoldt şirkəti isə radar sistemlərinin hazırlanmasına töhfə verəcək. Bundan başqa, Leonardo, Thales, SaabEurosam kimi Avropanın aparıcı müdafiə şirkətləri də təşəbbüsə qoşulub.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, “Freyja” sistemi Avropanın ballistik raketlərə qarşı müdafiəsini gücləndirməklə yanaşı, gələcəkdə digər ölkələr üçün də ixrac oluna biləcək.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

İran: ABŞ hava zərbələrini dayandırsa, biz də hücumları dayandıracağıq

Aynur Camal

Kim Çen In Koreya müharibəsinin ildönümünü qızı ilə birlikdə qeyd etdi

Aynur Camal

ABŞ səfiri: Tramp diplomatik danışıqlara imkan yaratmaq üçün İrana hücumları dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu