Şimali Koreya lideri Kim Çen In Koreya müharibəsində atəşkəs sazişinin imzalanmasının 73-cü ildönümü münasibətilə keçirilən anım tədbirlərində iştirak edib.
Bugun.tv xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Kim Çen In müharibə memoriallarını və şəhid məzarlıqlarını ziyarət edib, veteranlarla görüşüb və gül dəstələri qoyub. Bu mərasimlərdə onun qızı Kim Ju Ae ilk dəfə rəsmi şəkildə iştirak edib.
Şimali Koreya dövlət mediasının yaydığı görüntülərdə Kim Ju Ae atası ilə yanaşı veteranları salamlayır və rəsmi mərasimlərdə ön sırada yer alır. Cənubi Koreya hökuməti bunu onun ictimai rolunun daha da gücləndirilməsi kimi qiymətləndirir və gələcəkdə mümkün varis kimi təqdim edilməsi ehtimalını istisna etmir.
Mərasim zamanı Kim Çen In Koreya müharibəsini ölkəsinin “böyük qələbəsi” kimi qiymətləndirib. O, həmçinin Çin Xalq Könüllülərinin məzarlığını ziyarət edərək Mao Tszedunun oğlu Mao Anyinqin məzarı önünə gül dəstəsi qoyub. Bu addım Pxenyanla Pekin arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində növbəti jest kimi qiymətləndirilir.

Mənbə: Reuters
