Bugun.tv – xəbər verir ki, b gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Prezidentlərin telefon danışığı zamanı ikitərəfli münasibətlər və beynəlxalq gündəliyin aktual məsələləri müzakirə olunub.
Söhbət əsnasında liderlər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, hökumətlər və müvafiq dövlət qurumları arasında fəal dialoqun davam etdirildiyini vurğulayıblar.
Tərəflər həmçinin iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
Mənbə: Azərbaycan Prezidentinin Mətbuat Xidməti (president.az)
