Texnologiya

Mobil telefonlar üçün birbaşa peyk bağlantısı hazırlandı

Bugun.tv xəbər verir ki, Amazon peyk rabitəsi sahəsində fəaliyyətini genişləndirərək Amazon Leo layihəsi çərçivəsində mobil telefonlara birbaşa peyk bağlantısı təqdim etməyi planlaşdırır. Şirkət bununla SpaceX-in Starlink xidmətinə rəqib olmağı hədəfləyir.

Məlumata görə, Amazon ABŞ-ın Federal Rabitə Komissiyasına (FCC) 5 105 aşağı Yer orbitli peykdən ibarət yeni sistemin yaradılması üçün müraciət edib. Yeni şəbəkə mobil operatorlarla əməkdaşlıq çərçivəsində səsli zəng, mesajlaşma, internet və fövqəladə hallarda rabitə xidmətlərini mobil telefonlara birbaşa peyk vasitəsilə çatdırmağı nəzərdə tutur.

Şirkətin planına əsasən, peyklərin orbitə çıxarılmasına 2028-ci ildən başlanılması nəzərdə tutulur. Bu texnologiya mobil şəbəkənin əhatə etmədiyi ucqar ərazilərdə istifadəçilərin rabitə imkanlarını genişləndirə bilər.

Hazırda birbaşa peyk bağlantısı bazarında SpaceX, AST SpaceMobile və Lynk Global kimi şirkətlər də fəaliyyət göstərir. Amazonun bu addımı isə peyk rabitəsi sahəsində rəqabəti daha da gücləndirə bilər.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Snapchat yeniyetmələr üçün gündəlik istifadə limitləri tətbiq etməyə hazırlaşır

Aynur Camal

Apple süni intellekt serverləri bazarına qayıda bilər: Nvidia texnologiyası nəzərdən keçirilir

Aynur Camal

Bir ananın paylaşımı Meta-nı süni intellekt funksiyasını dəyişməyə məcbur etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu