Baş xəbər

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Bugun.tv xəbər verir ki, bu gün – 1 avqust Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Fərmanda latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam başa çatması nəzərə alınaraq hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi qərara alınıb.

Azərbaycan dili xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi yaddaşının və dövlətçiliyinin əsas sütunlarından biridir. Ana dilinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin mühüm istiqamətlərindən hesab olunur. Bu gün münasibətilə ölkənin müxtəlif elm, təhsil və mədəniyyət müəssisələrində silsilə tədbirlər, sərgilər və maarifləndirici proqramlar təşkil edilir.

Aynur Camal

Oxşar xəbərlər

İşsiz qalan şəxslərin kredit borcu sığorta hesabına ödənilə bilər

Aynur Camal

Hindistan və Azərbaycan arasında mədəni əlaqələr rəsm sərgisi və ədəbi tədbirlə qeyd olundu

Aynur Camal

Rusiya Türk Dövlətləri Təşkilatına üzv olmaq istəyi etiraz doğurdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu