Baş xəbər

Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirildi

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə Müdafiə Nazirliyi arasında təsdiq edilmiş birgə Tədbirlər Planına uyğun olaraq, Ombudsman Aparatının əməkdaşları tərəfindən işğaldan azad olunmuş Kəlbəcər rayonunda yerləşən hərbi hissələrdən birində hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirilib.

Monitorinq çərçivəsində şəxsi heyətlə görüş təşkil olunub. Görüş zamanı hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyət, eləcə də Ombudsmanın fəaliyyətinin əsas istiqamətləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin hərbi qulluqçulardan daxil olan bir müraciət yerində qəbul edilərək icraata götürülüb.

Baxış zamanı hərbi qulluqçuların qida təminatı, sağlamlıq hüququnun təmin olunması və xidmət şəraiti qiymətləndirilib. Bu məqsədlə əsgər yataqxanasına, yeməkxanaya, ərzaq anbarlarına, tibb məntəqəsinə və hərbi sirr təşkil etməyən digər ərazilərə baxış keçirilib.

Monitorinqin yekununda hərbi hissə rəhbərliyinə hərbi qulluqçuların hüquqlarının daha səmərəli təmin olunması ilə bağlı müvafiq tövsiyələr təqdim edilib.

Mənbə: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

Aynur Camal

Oxşar xəbərlər

Gündə cəmi 5 dəqiqə kitab oxumaq orqanizmə necə təsir edir?

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Avropa İttifaqı yeni “NATO” yaradır”

Aynur Camal

Vüqar Bayramov: “Avropa Parlamentindəki korrupsiya qalmaqalı ikili standartlarla bağlı suallar yaradır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu