Dünya

Ermənistanda Nikol Paşinyan yenidən baş nazir təyin olundu

Bugun.tv xəbər verir ki, Ermənistanda yeni seçilmiş parlamentin ilk iclasının başlaması ilə hökumət istefa verib və Nikol Paşinyan yenidən baş nazir vəzifəsinə təyin edilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial media hesabında canlı yayım zamanı bildirib ki, ölkə Konstitusiyasına uyğun olaraq, Milli Məclisin 9-cu çağırışının ilk iclası keçirilən gün hökumət istefasını Prezident Vaaqn Xaçaturyana təqdim edib.

Bundan sonra Prezident hökumətin istefasını qəbul edib. Yeni hökumət formalaşana qədər hazırkı Nazirlər Kabinetinin üzvləri vəzifələrini icra etməyə davam edəcəklər.

Parlamentdə çoxluğa malik olan Vətəndaş Müqaviləsi Partiyası yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb. Prezidentin imzaladığı fərmanla Paşinyan yenidən Ermənistanın baş naziri təyin edilib.

Qeyd edək ki, son parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası 105 yerlik parlamentdə 61 mandat qazanaraq təkbaşına hökumət formalaşdırmaq hüququ əldə edib.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Aİ-də süni intellektlə yaradılan məzmuna etiket məcburi olacaq

Aynur Camal

15 fil öldü, sianid zəhərlənməsi ilə əlaqələndirilir

Aynur Camal

Zelenski: ABŞ Patriot raketlərinin birgə istehsalına siyasi razılıq verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu