DünyaSiyasət

ABŞ, Pentaqon Rusiya və Çinə nüvə planı hazırladığı üçün İrana zərbələri dayandırır

ABŞ administrasiyası İrana qarşı planlaşdırılan yeni hərbi zərbələri raket ehtiyatlarının azalması səbəbindən təxirə salıb.

Bugun.tv xəbər verir ki, bu barədə Rusiya mətbuatının icmalına istinadən “Kommersant” qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ-ın həm hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlərinin, həm də zərbə raketlərinin ehtiyatı azalıb. Hərbi ekspertlər bunun əsas səbəbinin İrana qarşı keçirilən əməliyyatlar olduğunu bildirirlər.

Eyni zamanda qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp və hərbi rəhbərlik arasında aparılan məsləhətləşmələrdən sonra İrana qarşı yeni hücumların gözlənilən nəticəyə uyğun olmayacağı qənaətinə gəlinib. Bildirilir ki, İranın mümkün cavab zərbələri də qərarın verilməsində nəzərə alınıb.

Ekspertlər hesab edirlər ki, raket ehtiyatlarının bərpası vaxt tələb etdiyindən Vaşinqtonun həm yeni hərbi əməliyyatlar aparmaq, həm də Ukraynaya əlavə raket sistemləri göndərmək imkanları məhdudlaşıb.

Məlumatda həmçinin vurğulanır ki, İran və Oman Hörmüz boğazından keçən yeni gəmiçilik marşrutu ilə bağlı razılıq əldə etsələr də, regionda gərginliyin tam aradan qalxması üçün hələlik ciddi əsas yoxdur.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

2 milyarddan çox İtaliya lirəsi miras qaldı, amma pula çevrilə bilmir

Aynur Camal

CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verdi

Aynur Camal

Ukrayna: Rusiyanın neft emalı gücü 45 faizindən çoxu sıradan çıxıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu