Dünya

Alimlər paslanmayan qədim dəmirin sirrini açıqladılar

Bugun.tv xəbər verir ki, alimlər əsrlərdir paslanmadan qalan qədim dəmir konstruksiyaların dayanıqlığının sirrini müəyyən ediblər.

Araşdırma zamanı Hindistanın mərkəzi bölgəsində yaşayan Agaria icmasının nəsildən-nəslə ötürdüyü ənənəvi dəmir istehsalı üsulları öyrənilib. Məlum olub ki, qədim ustaların istifadə etdiyi texnologiya dəmirin səthində zamanla özünü qoruyan təbii müdafiə təbəqəsinin yaranmasına səbəb olur.

Tədqiqatçılar dəmir nümunələrinin üzərində hematit, kvars və kalsit minerallarından ibarət xüsusi qoruyucu qat aşkar ediblər. Bu təbəqə nəmin və oksigenin metal ilə təmasını məhdudlaşdıraraq paslanma prosesini əhəmiyyətli dərəcədə ləngidir.

Alimlər bildiriblər ki, bu xüsusiyyət təkcə filizin tərkibi ilə bağlı deyil. Ənənəvi sobaların quruluşu, istifadə olunan gil, isti döymə üsulu və metalın emal texnologiyası birlikdə bu qoruyucu təbəqənin formalaşmasına şərait yaradır.

Araşdırma əvvəlki nəzəriyyələri də təkzib edib. Əvvəllər qədim dəmirin paslanmamasının səbəbi fosfor elementi ilə əlaqələndirilsə də, son analizlərdə nümunələrdə fosfor izinə rast gəlinməyib.

Mütəxəssislər hesab edirlər ki, qədim istehsal texnologiyalarının öyrənilməsi gələcəkdə daha ekoloji və uzunömürlü metal istehsalı üçün yeni imkanlar yarada bilər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İran Körfəz ölkələrini xəbərdar etdi

Aynur Camal

ABŞ, Pentaqon Rusiya və Çinə nüvə planı hazırladığı üçün İrana zərbələri dayandırır

Aynur Camal

Sky News: Ukraynada yeraltı PUA istehsalı şəbəkəsi fəaliyyət göstərir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu