İran rəsmiləri ABŞ-İsrail hücumlarına baxmayaraq ölkənin hərbi arsenalının tükənmədiyini bildirib. Pakistan vasitəçiləri vasitəsilə “Wall Street Journal”-a ötürülən məlumata görə, Tehranın əlində 15.000 raket və 45.000-dən çox dron var.
Capital.fr-ın 7 Avqust xəbərinə görə, rəqəmlər 28 fevralda başlayan ABŞ-İsrail birgə əməliyyatlarından sonra açıqlanıb. İran tərəfi bu sursatla təzyiqi davam etdirəcəyini mesajını verib.
Bildirilir ki, İran hələ ABŞ-a təslim olmağa hazır deyil. Rəsmi Tehran danışıqlarda sərt mövqeyini qoruyur.
Məlumat ABŞ Prezidenti Donald Trampın verdiyi ultimatum fonunda gəlib. Tramp son açıqlamasında Tehranla razılıq olmazsa, “bütün bir sivilizasiyanın məhv olacağını” deyərək Tehrana 2 həftə vaxt verdiyini xatırladıb.
Ekspertlər İranın verdiyi rəqəmlərin bir qədər şişirdilmiş ola biləcəyini, amma bunun müharibədəki sarsılmaz mövqeyi göstərdiyini qeyd edir.
Mənbə: actu.capital.fr
