Dünya

Ukrayna “Rus Amazonu” Wildberries-i yenidən hədəfə aldı

Ukrayna ordusu iyulun ortalarından bəri Rusiyanın ən böyük e-ticarət platforması olan Wildberries-ə məxsus obyektlərə hücumlarını davam etdirir.

Le Monde-un 7 Avqust canlı yayımına görə, son hücumlarda Uralsdakı logistika mərkəzlərindən birində yanğın baş verib. Rəsmi mənbələr hələ ziyan barədə açıqlama verməyib.

Ukrayna son 3 həftədə Rusiyanın demək olar ki, bütün regionlarında və Krımda Wildberries-ə məxsus təxminən 20 saytı hədəf alıb. Rusiyada “Rus Amazonu” kimi tanınan platforma ölkənin ən böyük onlayn satış şəbəkəsidir.

Hücumların məqsədi Rusiyanın arxa cəbhə logistikasını zəiflətmək kimi qiymətləndirilir. Bundan əvvəl də Kiyevdə Wildberries-ə məxsus 7 anbarın vurulduğu bildirilmişdi.

Müharibə başlayandan bəri Ukrayna Rusiyanın dərinliklərindəki mülki və hərbi infrastrukturu dronlarla vurma strategiyasını genişləndirib.

Mənbə: Le Monde 

Aynur Camal

Oxşar xəbərlər

Mitch McConnell xəstəxanadan evə buraxıldı

Aynur Camal

6 bank və 6 tankerə yeni sanksiyalar

Aynur Camal

Rusiyada benzin qıtlığı və qiymət artımı davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu