Dünya

Çin biznes üçün “BRICS+ platforması” işə saldı

Çin bizneslərinin xarici bazarlara çıxışını asanlaşdırmaq üçün xüsusi platforma Xiamen şəhərində istifadəyə verilib.

TV BRICS-in məlumatına görə, yeni platforma əsasən BRICS və tərəfdaş ölkələrdə ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.

Platforma hər ölkə üçün ayrıca sessiya ilə işləyəcək. Xarici siyasət brifinqləri, ixtisaslaşmış xidmət təminatçılarının təqdimatları və xarici bazara giriş təcrübəsinin mübadiləsi planlaşdırılır. Bütün bunlar tələbə uyğun təkliflərin formalaşmasına, ikitərəfli ticarət üçün qarşılıqlı faydalı nəticələrə və xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

BRICS Yeni Sənaye İnqilabı üzrə Tərəfdaşlıq İnnovasiya Mərkəzinin direktor müavini Ke Haitao bildirib ki, iş Çindəki BRICS ölkələrinin səfirlikləri, konsulluqları, investisiya agentlikləri və ticarət palataları ilə əlaqələndiriləcək.

Qeyd edək ki, BRICS İnnovasiya Mərkəzi xarici bazarlara çıxış üçün kommersiya şirkəti ilə informasiya mübadiləsi, biznes şəbəkələşməsi və investisiya xidmətləri üzrə müqavilə də imzalayıb.

Mənbə: TV BRICS

Aynur Camal

Oxşar xəbərlər

Haaretz: Netanyahu hökuməti İsrailin ABŞ-dakı nüfuzuna zərər vurub

Aynur Camal

Papa XIV Leo: Texnologiya insanın xidmətində olmalıdır

Aynur Camal

Alimlər iki yeni qəribə dəniz hörümçəyi növü aşkarlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu