Avropa İttifaqı 12 avqust 2026-cı il tarixindən etibarən birdəfəlik qəhvə kapsullarını rəsmi olaraq “qablaşdırma tullantısı” kateqoriyasına daxil edir.
Ensonhaber-in məlumatına görə, AB-nin Qablaşdırma və Qablaşdırma Tullantıları Nizamnaməsi (PPWR) çərçivəsində qəbul edilən yeni qaydalar qablaşdırma istehlakını azaltmağı və geri dönüşümü gücləndirməyi hədəfləyir.
Ən sərt dəyişikliklərdən biri qəhvə kapsulları ilə bağlıdır. Bundan sonra kapsulların toplanması və təkrar emalı üçün bütün xərclər məhsulu bazara çıxaran şirkətlərin üzərinə düşəcək. Bu, “çirkləndirən ödəyir” prinsipi ilə işləyəcək.
Yeni qaydalara əsasən istehsalçı firmalara geri dönüşüm və tullantı idarəetməsi sahəsində daha ağır məsuliyyətlər yüklənir. Mütəxəssislər bildirir ki, xərcləri azaltmaq üçün şirkətlər daha ekoloji qablaşdırma üsulları tapmaq məcburiyyətində qalacaq.
Qərar AB bazarında satılan bütün qəhvə kapsullarına şamil olunacaq.
Mənbə: Ensonhaber
