29.1 C
Baku
12 Avqust 2026, 23:54
Dünya

Enerji şirkətindən “12 avqust” xəbərdarlığı

Böyük Britaniyanın enerji şirkəti Octopus Energy müştərilərinə müraciət edərək 12 avqustda saat 18:00-dan 20:00-dək paltaryuyan, qabyuyan maşın və digər yüksək enerji sərf edən elektrik cihazlarından istifadəni təxirə salmağı xahiş edib.

Şirkətin xəbərdarlığı 12 avqust çərşənbə günü baş verməsi gözlənilən Günəş tutulması ilə bağlıdır. Tutulmanın günün kritik saatlarında günəş enerjisi istehsalında kəskin azalmaya səbəb olacağı proqnozlaşdırılır.

Məlumata görə, Ay yerli vaxtla 18:17-dən 20:06-dək Günəş diskinin 90 faizindən çoxunu örtəcək.

Günəş tutulması elektrik tələbatına təsir edə bilər

“Daily Mail” qəzetinin məlumatına görə, Günəş tutulması milyonlarla britaniyalının işdən sonra evlərinə qayıtdığı və elektrik enerjisinə tələbatın artdığı saatlara təsadüf edəcək.

Octopus Energy müştərilərinə xəbərdarlıq edib ki, tutulma Böyük Britaniyada istehsal olunan günəş enerjisinin bir hissəsini qısa müddət ərzində sıradan çıxara bilər.

Şirkətin bildirdiyinə görə, günəş enerjisi istehsalının azalması ölkənin elektrik enerjisi təminatında fosil yanacaqlarla işləyən elektrik stansiyalarından daha çox istifadə etməsinə səbəb ola bilər.

Elektrik enerjisindən az istifadə edənlərə pulsuz enerji

Octopus Energy müəyyən edilmiş iki saatlıq müddətdə elektrik istehlakını adi səviyyədən aşağı salan müştəriləri müəyyən edəcəyini açıqlayıb.

Şirkət bu müştərilərə növbəti bazar günü gündüz saatlarında bir saat pulsuz elektrik enerjisi təqdim edəcək.

Beləliklə, enerji şirkəti həm elektrik şəbəkəsinə düşən yükü azaltmağı, həm də Günəş tutulması zamanı günəş enerjisi istehsalındakı mümkün azalmanın təsirlərini minimuma endirməyi hədəfləyir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

40 yaşdan sonra bu qidalardan imtina etmək tövsiyə olunur – dietoloqdan xəbərdarlıq

Aynur Camal

İngiltərəni isti hava vurdu: İstehsal itkisinə görə 4,4 milyard funt sterlinq zərər

Aynur Camal

Alplərdə 99 illik icarəyə mağara: Zənginlər sərvətlərini yeraltı kassalarda qoruyur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu