29.1 C
Baku
12 Avqust 2026, 22:33
Dünya

Rusiya: Böyük Britaniya hərbi əlaqələrin bərpası üçün ilk addımı atmalıdır

Rusiya hesab edir ki, Böyük Britaniya hərbi əlaqələrin bərpası üçün ilk addımı atmalıdır. Çünki dialoqu məhz London dayandırıb.

RİA Novosti-nin məlumatına görə, Rusiyanın Birləşmiş Krallıqdakı səfirliyi 12 avqust çərşənbə günü açıqlama verib.

“2024-cü ilin mayında Birləşmiş Krallıq hakimiyyəti uydurma bəhanə ilə Rusiyanın hərbi attaşesini ölkədən çıxardı. Bu da müdafiə nazirlikləri arasında ənənəvi qarşılıqlı əlaqə kanalını dağıtdı. Deməli, onu “təmir etmək” üçün də ilk addımı məhz onlar atmalıdır” – deyə səfirlikdən bildirilib.

Diplomatik missiyada vurğulanıb ki, müdafiə idarələri xətti ilə dialoqun dayandırılmasının təşəbbüskarı məhz Britaniya tərəfi olub.

Bundan əvvəl “Times” qəzeti Britaniyanın Rusiya ilə hərbi əlaqələrin bərpasını istədiyini yazmışdı. Hazırda tərəflər arasında birbaşa hərbi kontakt kanalı fəaliyyət göstərmir.

Mənbə:  mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Alplərdə 99 illik icarəyə mağara: Zənginlər sərvətlərini yeraltı kassalarda qoruyur

Aynur Camal

Enerji şirkətindən “12 avqust” xəbərdarlığı

Aynur Camal

Araşdırma: Süni intellekt nağıllardakı qadın personajları sildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu