Dünya

Həkim qaynadılmış su ilə bağlı xəbərdarlıq etdi: hər suyu qaynatmaq onu tam təhlükəsiz etmir

Bugun.TV xəbər verir ki, qastroenteroloq Yevgeniya Melnikova içməli suyun qaynadılması ilə bağlı geniş yayılmış fikirlərə aydınlıq gətirib. Həkimin sözlərinə görə, qaynatmaq sudakı bəzi mikroorqanizmləri məhv etsə də, onun tərkibindəki bütün arzuolunmaz maddələri aradan qaldırmır.

Mütəxəssis bildirib ki, şəhər su təmizləmə sistemləri kran suyunun bütün mümkün çirkləndiricilərdən tamamilə təmizlənməsinə zəmanət vermir. Bundan əlavə, köhnəlmiş su boruları vasitəsilə suyun daşınması zamanı onun tərkibinə müxtəlif maddələr qarışa bilər.

Həkimin sözlərinə görə, nitratlar, dioksinlər, ağır metallar və xlor kimi bəzi kimyəvi maddələr qaynama zamanı tamamilə yox olmur. Buna görə də qaynatmaq suyun bütün kimyəvi çirklənmələrdən təmizlənməsi üsulu hesab edilə bilməz.

Məqalədə çaydanın dibində yaranan ərpə də diqqət çəkilir. Ərp əsasən kalsium və maqnezium duzlarından ibarət olur. Lakin burada vacib məqam odur ki, ərpin olması avtomatik olaraq suyun sağlamlıq üçün təhlükəli olduğu anlamına gəlmir.

Eyni zamanda, Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Xidməti bildirir ki, qaynatma suyu dezinfeksiya etmək üçün universal üsuldur və təkrar qaynadılmış suyun “ağırlaşaraq orqanizmə zərər verməsi” fikri mifdir.

Bu səbəbdən suyun keyfiyyətinə şübhə varsa, onun mənbəyini yoxlamaq və uyğun filtrasiya üsulundan istifadə etmək daha məqsədəuyğundur.

Mənbə: Health Mail⁠

Aynur Camal

Oxşar xəbərlər

Xorvatiyada meşə yanğını turizm şəhərinə çatıb: 36 nəfər yaralandı

Aynur Camal

“ABŞ İranla dəniz blokadasını qeyri-müəyyən müddət davam etdirə bilər”

Aynur Camal

ABŞ kəşfiyyatı: Ukraynanın yüksək güclü elektrik stansiyalarını təmir etməsi üçün ən azı bir il lazım olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu