Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Azərbaycan üzərindən daşınan yüklərin həcmi 3 faiz artıb

Bugun.tv xəbər verir ki, 2026-cı ilin ilk yarısında nəqliyyat dəhlizləri vasitəsilə Azərbaycan üzərindən 16 milyon 651 min ton yük daşınıb.

Bu barədə iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabısosial media hesabında paylaşım edib.

Deputatın sözlərinə görə, ilin ilk altı ayında Azərbaycan üzərindən daşınan yüklərin 7 milyon 587 min tonu dəmir yolu, 3 milyon 365 min tonu dəniz, 5 milyon 699 min tonu isə avtomobil nəqliyyatının payına düşüb.

Bayramov qeyd edib ki, nəqliyyat dəhlizləri üzrə göstəricilər də diqqət çəkir. Cənub-Qərb nəqliyyat dəhlizi ilə 261,8 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2 milyon 623,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4 milyon 559,3 min ton, Şərq-Qərb nəqliyyat dəhlizi ilə isə 9 milyon 207,4 min ton yük daşınıb.

Şərq-Qərb dəhlizi çərçivəsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin payına 4 milyon 595 min ton yük düşüb.

Deputatın məlumatına əsasən, ilin ilk yarısında Azərbaycan üzərindən daşınan yüklərin ümumi həcmində 3 faiz artım qeydə alınıb. Şərq-Qərb nəqliyyat dəhlizi üzrə isə yükdaşımaların həcmi 10 faiz artıb.

Vüqar Bayramov bildirib ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan üzərindən yükdaşımaların artması dövlət gəlirlərinin yüksəlməsi ilə yanaşı, ölkənin geoiqtisadi mövqeyini də gücləndirir.

İqtisadçı deputatın fikrincə, Zəngəzur dəhlizinin və TRİPP-in istifadəyə verilməsindən sonra Azərbaycan üzərindən yükdaşımaların həcmində daha yüksək artımlar gözlənilir.

Bayramov vurğulayıb ki, yeni geoiqtisadi düzən şəraitində beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərinin artmasına töhfə verməklə yanaşı, qeyri-neft-qaz sektorunun aparıcı istiqamətlərindən birinə çevrilir.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Rusiya rəhbərliyi KİV vasitəsilə Azərbaycana təzyiq etməyə çalışır”

Aynur Camal

Ceyhun Məmmədov: Öz qapısını süpürüb zibilləri qonşunun qapısına tökmək məharət deyil

Aynur Camal

Məhəmməd Əsədullazadə: Rusiya KİV vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu