İqtisadiyyat

“Tranzit yüklərin 25 milyon tona çatdırılması Azərbaycana 5 milyard manatdan çox gəlir gətirə bilər”

İqtisadçı deputat Vüqar Bayramov Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tondan 25 milyon tona çatdırılması hədəfinin ölkəyə gətirə biləcəyi gəlirlə bağlı hesablamalarını sosial media səhifəsində paylaşıb.

Bugun.tv xəbər verir ki, deputat Prezident İlham Əliyevin Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını bildirdiyini qeyd edib.

Vüqar Bayramov bildirib ki, 2025-ci ildə dəmir yolları vasitəsilə daşınan 16 milyon 813 min ton yükün 14 milyon 269 min tonu beynəlxalq yükdaşımaların payına düşüb. Bunun 6 milyon 695 min tonu birbaşa tranzit yüklər, 4 milyon 723 min tonu idxal, 2 milyon 850 min tonu isə ixrac yükləri olub.

Deputatın qeyd etdiyi rəqəmlərə əsasən, ötən il dəmir yolu ilə yükdaşımalardan 383 milyon 996 min manat gəlir əldə edilib. Bunun 333 milyon 911 min manatı beynəlxalq yükdaşımaların payına düşüb.

Vüqar Bayramov, tranzit yüklər, 25 milyon ton, beynəlxalq yükdaşımalar, Azərbaycan iqtisadiyyatı, valyuta daxilolmaları, nəqliyyat dəhlizləri, tranzit gəlirləri

Vüqar Bayramov bildirib ki, 2025-ci ildə hava nəqliyyatı vasitəsilə yükdaşımalardan 2 milyard 398 milyon manat gəlir əldə olunub. Bu məbləğin 2 milyard 397 milyon manatı beynəlxalq yükdaşımaların payına düşüb. Beynəlxalq yükdaşımalar üzrə dəniz nəqliyyatından 57 milyon 382 min, boru kəmərlərindən 266 milyon 560 min, avtomobil yollarından isə 204 milyon 275 min manat gəlir əldə edilib.

Deputat vurğulayıb ki, rəsmi rəqəmlərə əsasən, ötən il beynəlxalq yükdaşımalar üzrə ümumi gəlir 3,3 milyard manat təşkil edib.

Onun hesablamasına görə, Azərbaycan Prezidenti tərəfindən müəyyənləşdirilən tranzit yük həcminin 25 milyon tona çatdırılması hədəfinin reallaşması ölkəyə il ərzində beynəlxalq yükdaşımalar üzrə 5 milyard manatdan çox gəlir əldə etmək imkanı yarada bilər.

Vüqar Bayramov qeyd edib ki, bu, iqtisadiyyatın şaxələndirilməsinə dəstək olmaqla yanaşı, dövlət gəlirlərinin və xüsusən valyuta daxilolmalarının artmasına şərait yarada bilər.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları ötdü

Aynur Camal

Vüqar Bayramov: Azərbaycanın xarici borcu ÜDM-in 5,6 faizini təşkil edir

Aynur Camal

Vüqar Bayramov manatın məzənnəsi ilə bağlı gözləntilərini açıqlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu