payızda qidalanma, sağlam qidalar, omeqa-3, maqnezium, yağlı balıq, qoz-fındıq, tam taxıllı makaron, payız sağlamlığı
Dünya

Payızda sağlam qalmaq üçün hansı məhsulları qəbul etmək lazımdır?

Bugun.tv xəbər verir ki, payızın gəlişi ilə bir çox insan özündə halsızlıq və əhval-ruhiyyənin aşağı düşməsini hiss edir. Mütəxəssislərin fikrincə, buna günəş işığının azalması və gündəlik rejimin dəyişməsi səbəb ola bilər.

Biotexnoloq və qidalanma üzrə ekspert Yelena Jelyaninanın sözlərinə görə, payız aylarında qidalanmaya diqqət yetirmək, xüsusilə omeqa-3 yağ turşuları, maqnezium və vitaminlərin kifayət qədər qəbulunu təmin etmək vacibdir.

Ekspert makaronu qida rasionundan tamamilə çıxarmağın lazım olmadığını bildirir. Onun sözlərinə görə, əsas məsələ düzgün məhsul seçməkdir. Tam taxıllı makaron uzun müddət toxluq hissi yaradır və orqanizmi enerji ilə təmin edir.

Göyərtilər də payız menyusunda mühüm yer tutur. İspanaq, cəfəri və rukkola folat və maqneziumla zəngindir.

Mütəxəssis yağlı balıq növlərindən istifadəni də tövsiyə edir. Qızılbalıq, skumbriya və siyənək sinir sisteminin normal fəaliyyəti üçün vacib olan omeqa-3 yağ turşuları ilə zəngindir.

Qoz, badam və fındıq isə maqnezium, E vitamini və faydalı yağlarla orqanizmi təmin edə bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Üzü yastığa sıxaraq yatmaq dəridə qırışların yaranmasını sürətləndirə bilər

Aynur Camal

Fastfud və qazlı içkilər Kron xəstəliyi riski ilə əlaqələndirildi

Aynur Camal

Rza Pəhləvinin Belçikaya dəvəti ölkədə siyasi mübahisə yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu